“Çelsi”nin baş məşqçisi Enzo Mareska Karlo Ançelottidən danışıb. London klubunu yenidən iddialılar sırasına qaytaran italiyalı həmyerlisindən aldığı məsləhətdən söz açıb.

Futbolinfo.az xəbər verir ki, yayda “zadəganlar”ın “sükanı arxasına” keçən 44 yaşlı mütəxəssis deyib: “Oyunçu ikən Ançelottinin yanında olmuşam. Bu səbəbdən onun nə qədər bacarıqlı, yaxşı biri olduğunu bilirəm. Mövsüm öncəsi danışanda mənə taktika baxımından məsləhətlərini verdi. Faydalanıram”.

Shares: