Dünya şahmat tacı uğrunda matçın 12-ci partiyası geridə qalıb.
Dünən keçirilən partiyada qalib gəldikdən sonra Qukeş Dommaracu ümumi hesabda önə keçmişdi. Bu gün isə çinli şahmatçı Din Lijen ağ fiqurlarla rəqibini məğlubiyyətə uğradıb.
Bu oyundan sonra ümumi hesab 6:6 olub.
Qeyd edək ki, Sinqapurda keçirilən matç 14 partiyadan ibarətdir. Ümumi hesabda bərabərlik olduğu halda qerossmeysterlər tay-breyk oynamalı olacaqlar.