Dominikanlı beysbolçu Xuan Soto ilə idman tarixində rekord müqavilə imzalanıb. Bu barədə ESPN xəbər verir.

Soto və “Nyu-York Mets” komandası arasında imzalanan müqavilənin ümumi məbləği 765 milyon dollar təşkil edəcək. Bu, hər bir il üçün 51 milyon dollardır.

Sotonun sözləşməsi keçən il “Los-Anceles Dodcers”in 10 illik 700 milyon dollarlıq müqaviləsini üstələyir. Kaliforniya klubu yaponiyalı Şohei Ohta ilə bu məbləğə anlaşma imzalamışdı.

26 yaşlı Xuan Soto “Vaşinqton Nationals” ilə 2019-cu ildə baş tutan Dünya Seriyasının qalibidir. 2018-ci ildən bəri o, “Major League Baseball”da oynayır. Dominikanlı idmançı keçən mövsümü “Yankis”in heyətində keçirmişdi.

Shares: