Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarusdan olan fiqurlu konkisürmə və konkisürənləri 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarına neytral statusda qəbul etməyi planlaşdırır.

KİV-in məlumatına görə, İSU ruslar və belaruslulara Olimpiadaya vəsiqə statusu verəcək turnirdə iştirak etməyə icazə verməlidir. İSU üçün prioritet Olimpiya Oyunları və onlara vəsiqə ilə bağlı məsələni həll etməkdir. Hökmün 2025-ci ilin martında Bostonda keçiriləcək Dünya Çempionatından sonra baş tutacaq ISU-nun şurasında verilməsi gözlənilir.

Rusiya və Belarus idmançıları 2022-ci ildən etibarən yarışlardan kənarlaşdırıb. Əlavə edək ki, Qış Olimpiya oyunları 2026-cı il fevralın 6-dan 22-dək keçiriləcək.

Shares: