“Hyuston Rokets”in baş məşqçisi İme Udoka komandanın mərkəz basketbolçusu Alperen Şengünlə iş üsulundan danışıb.
“Meydançanın hər iki tərəfində aktiv olmağa davam et. Əsas odur ki, nəzarət edə bildiyin şeylərə diqqət yetir: səbətə atmaqda davam et və hakimlərin fitinə arxayın olma. Fol gözləmədən təmasla oyna. Səhvlərinin müdafiədəki oyununa təsir etməsinə imkan vermə.
Bu gün topu götürərkən rəqib üstünə iki nəfərlə gəlirdi. Lakin boş qalan komanda yoldaşlarını tapa bilirdin. Bunun sayəsində biz çoxlu sərbəst mövqelər əldə etdik. Sən bəzi oyunlarda xal toplamalı, bəzilərində isə yoldaşların üçün şans yaratmalı olacaqsan.
Hər ikisini bacarmalısan. Amma ona dediyim əsas şey budur: “Avropa üslublu oyununu itirmə. Mübarizəni davam etdir və şikayəti dayandır”, – deyə Udoka “Los-Anceles Klippers” ilə oyundan sonra bildirib.