Adil Nağıyev “Şamaxı”dan ayrılmasına aydınlıq gətirib. Bölgə klubunun kapitanı məşqdə baş verən davaya görə heyətdən uzaqlaşdırıldığını bildirib.
Futbolinfo.az saytına açıqlama verən mərkəz müdafiəçisi danışılmış oyunlarla bağlı deyilənlərin doğru olmadığını bildirib: “Səbəb Georgi Kantariya ilə məşqdə dalaşmağımızdır. Bu səbəbdən klub hər ikimzlə müqaviləyə qarşılıqlı razılıq əsasında son verdi. Bu, çox pis oldu”.
Xatırladaq ki, hər ki oyunçu komandadan uzaqlaşdırılıb. Amma indiyədək bu barədə rəsmi açıqlama yoxdur.