Milli komandamızın baş məşqçisi Fernandu Santuş postunda qalacaq. Portuqaliyalı mütəxəssisin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər son günlər gündəmi zəbt etsə də, həqiqət deyil.

Futbolinfo.az xəbər verir ki, üçillik müqavilə bağlayan təcrübəli məşqçinin Millətlər Liqasındakı fiaskoya görə yola salınması mümkün idi. Amma assosiasiya rəhbərliyi Santuşa təzminat ödənilməsinin gərəkdiyni nəzərə alaraq ona ən azı daha bir seçmə mərhələdə şans vermək qərarına gəlib. Həm ona, həm də yeni məşqçiyə böyük pullar xərcləməkdənsə, mövcud durumun davam etdirilməsi lazım bilinib.

Santuşun məsələsinə bu həftə keçirlməsi nəzərdə tutulan AFFA İcraiyyə Komitəsinin iclasında baxılmayacaq. Görünür, baş məşqçiyə bununla bağlı təminat verildiyindən, o, işini davam etdirir. Portuqaliyalı hətta dünən Əvəzedicilər çempionatında “Sabah” – “Qarabağ” oyununu izləyib.

Shares: