“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 16-cı turunda “Şamaxı” ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, 3:2 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı iki fərqli hissə keçirdiklərini bildirib:

“İki fərqli hissə keçirdik. Birinci hissədə bir az akademik oyun oynadıq. Futbolçularım ilk hissədə bir az həvəssiz çıxış etdilər. İkinci hissədə isə xarakter nümayiş etdirib qələbə qazandıq. Onlara görə sevinirəm.

Araşın hücumda oynamasını istəməzdim. Ümumən yaxşı oyunçudur. Lazım gələndə bu mövqedə oynamağı bacarır. Mən onu İranda olduğu vaxtdan tanıyıram. Bilirəm ki, yaxşı oyunçudur, zaman-zaman formaya düşür.

Fəridlə Tural ikisi də məşqlərdə yaxşı təsir bağışlayır. Amma hələ ki, müəyyən mənada Fərid şans qazanır. Komandamız mübarizəyə davamlı kollektividir. Bizdə hamı oynamaq üçün yaxşı mübarizə aparırlar. Təəssüf ki, Azərbaycanda belə bir tendensiya var ki, oyuna çıxmayan futbolçu əl-qolunu salır aşağı, bir növ, təslim olur.

Qış fasiləsi ilə bağlı planı federasiya müəyyənləşdirir. Düşünürəm ki, vaxtımız azdır. Biz bu hazırlığı yanvarın 4-13-ü aralığında Türkiyədə keçirməyi planlaşdırırıq.

Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Ən yaxşı azarkeş bizdədir”.

Shares: