UEFA Avropa Liqasının növbəti turunda “Qarabağ”la qarşılaşacaq “Elfsborq” bir futbolçusunun xidmətindən məhrum qalacaq.
Futbolinfo.az xəbər verir ki, İsveç klubunun yarımmüdafiəçisi Noah Söderberq Azərbaycan çempionu ilə görüşü buraxacaq.
Düzdür, iki ay zədədən əziyyət çəkən 23 yaşlı oyunçu dörd gün əvvəl “Hekken”lə yoxlama görüşünün son 15 dəqiqəsində iştirak edib. Lakin məşqçilər korpusu orta sahə oyunçusunun hələ yüksək səviyyəli matçlara hazır olmadığını düşünür. Bu səbəbdən Söderberqin “Qarabağ”la matçın iştirak ərizəsinə salınmaması qərara alınıb.
Qeyd edək ki, dekabrın 12-də “Boras Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.