UEFA Çempionlar Liqasında bu gün VI tura start veriləcək. Turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

“Liverpul” səfərdə “Jirona”nın, “İnter” isə “Bayer 04”ün qonağı olacaq. “Real”ın İtaliyada “Atalanta” ilə görüşü də maraqla gözlənilir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

21:45. “Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya)

21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə)

00:00. “Leypsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə)

00:00. “Bayer” (Almaniya) – “İnter” (İtaliya)

00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya)

00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya)

00:00. “Şaxtyor” (Ukrayna) – “Bayern” (Almaniya)

00:00. “Zaltsburq” (Avstriya) – PSJ (Fransa)

00:00. “Brest” (Fransa) – PSV (Niderland)

Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.

Shares: