Trent Aleksandr-Arnold İngiltərədə qala bilər. “Liverpul”un cinah oyunçusu daha çox qazanacağı təklif alıb.

Futbolinfo.az xəbər verir ki, mersisaydlılarla anlaşması mövsümün sonunda bitəcək Trent “Real”la danışıqlar aparır. O, “Liverpul”un yeni müqavilə təklifi ilə razılaşmayıb və Madridə yollanmaq niyyətindədir. Lakin indi “Mançester Siti” ortaya çıxıb. “Şəhərlilər” futbolçunu heyətinə qatmaq üçün daha yaxşı şərtləri olan təklif irəli sürüb.

“Liverpul” yetirməsi olan 26 yaşlı futbolçu 2016-cı ildə İngiltərə Premyer Liqasında debüt edib. Onun transfer dəyəri 70 milyon avrodur. Yayda azad agentə çevriləcəyindən klubu ona görə qazanc əldə edə bilməyəcək.

Shares: