“Milan” müdafiənin sol cinahına transfer etməkdə israrlıdır. Ferlan Mendinin tez-tez zədələnməsinə görə madridlilər ehtiyat variantlara göz gəzdirir.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi “Bayern”dən ayrılacaq Alfonso Devisi yayda heyətinə qatacaq. Amma azad agent olacaq müdafiəçi son vaxtlar müqavilə imzalamaqdan yayınır. Başqa təklifləri də olan Kanada millisinn üzvü maaşının kifayət qədər yüksək olmasına çalışır.
Bu durumdan məmnun olmayan “Real” alternativlər axtarışındadır. Elə bu səbəbdən Madrid klubu keçmiş üzvü Teo Ernandeslə maraqlanmağa başlayıb. Son vaxtlar “Milan”da işləri qaydasında getməyən fransalı da İtaliyadan ayrılmaq istəyir. 2019-cu ildə 23 milyon avroya “rossonyerlər”ə satılan oyunçunun geri qaytarılması üçün bu məbləğin iki mislini ödəmək lazımdır. İlyarımlıq müqaviləsi qalan Teoyla bağlı yekun qərar yayda veriləcək.