Aurelian Çuameni PSJ-nin hədəfinə düşüb. “Liverpul”un ardınca Liqa 1 klubu da “Real”ın yarımmüdafiəçisini transfer etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, Fransa millisinin üzvü klubun prezidenti Nasser Əl-Xelafeinin şəxsən maraqlandığı oyunçulardandır. Amma baş məşqçi Luis Enrike bu transferə müsbət yanaşmır. Postu laxlayan ispan mütəxəssis qovularsa, keçid reallaşacaq. PSJ yekun qərarı yayda verəcək.

Madridlilər Çuamenini 80 milyon avroya satmağa hazırdır. “Real” 2022-ci ilin yayında onu elə bu qiymətə “Monako”dan almışdı. Kamerun əsilli 24 yaşlı yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2027/28 mövsümünün sonunda başa çatacaq.

Shares: