Dekabrın 13-də İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkü atılacaq.
Futbolinfo.az xəbər verir ki, italyanlar arzuolunan və arzuolunmaz rəqibləri araşdırıblar.
Yerli KİV püşkatma zamanı birinci səbətdə yer alacaq Luçiano Spallettinin yetirmələri üçün arzuolunmaz komandalar arasında Azərbaycan millisini də göstərib. Ancaq bu, yığmamızın gücü ilə bağlı deyil. Sadəcə olaraq, “Skuadra Adzurra” yorucu səfər olacağını nəzərə alaraq, Azərbaycan və Qazaxıstan kimi komandalardan uzaq düşməyi arzulayırlar.
İtaliya millisi üçün ən ideal rəqiblər isə Uels, Şimali İrlandiya, Farer adaları və Lixtenşteyn göstərilib.
Qeyd edək ki, millimiz püşkatma zamanı dördüncü səbətdə olacaq.