“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim rəhbərlikdən təcili transferlər tələb edib. O, qışda heyətin bir neçə futbolçu ilə güclənməsinin vacibliyini düşünür.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis nəticələrin yaxşılaşdırılması üçün heyətin gücləndirilməsini vacib sayır. O, keçidini istədiyi oyunçuların siyahısını da təqdim edib.

Əvəzində Amorim satılnmasını və ya icarəyə göndərilməsini istədiyi oyunçuları da müəyyənləşdirib. Gənc mütəxəssis yenilərə yer açılması üçün Antonini və mövsümün sonunda müqaviləsi bitəcək KristianErikseni elə yanvarda yola salmaq niyyətndədir.

Shares: