Leroy Sane fikrini dəyişib. Almanya yığmasının cinah hücumçusu “Bayern”də qalmağa razılaşıb.

Futbolinfo.az xəbər verir ki, münhenlilərlə müqaviləsi mövsümün sonunda başa çatacaq 28 yaşlı oyunçu danışıqlara start verib. O, yeni anlaşma üçün klubun təqdim etdiyi şərtləri nəzərdən keçirir. Bir neçə İngiltərə klubunun maraq göstərdiyi Fransa əsilli Sane daha rahat olduğu Bundesliqada qalmaqda maraqlıdır.

2020-ci ildə “Mançester Siti”dən 49 milyon avroya alınan Leroy “Şalke” yetirməsidir.

Shares: