Ağdaş Dövlət Humanitar Kollecində Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə yarış keçirilib. Ağdaş rayonu üzrə gənclər və idman sektorunun Humanitar Kolleclə birlikdə təşkil etdiyi rayon turniri stolüstü tennis üzrə, tələbələr arasında reallaşıb.
Birincilikdə 20 nəfər qalib adı uğrunda mübarizə aparıb. Yarışın əsas məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətləri, həyat və fəaliyyəti, eləcə də dövlətçilik irsinin öyrənilməsi, stolüstü tennis idman növünün inkişaf etdirilməsi olub.
Yarışın sonunda fərqlənənlər mükafatlandırılıb.