AÇ-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə keçiriləcək oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin açıq məşqinin vaxtı müəyyənləşib.
Futbolinfo.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq dekabrın 13-də saat 11:45-də “Olimpik Star”da baş tutacaq. Həmçinin baş məşqçi Vitali Borisovun iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan – İsveç oyunu dekabrın 17-də, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da başlayacaq qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.