Milli Basketbol Assosiasiyası klubunun sahibi Tilman Fertitta ABŞ-nin 47-ci prezidenti Donald Tramp tərəfindən İtaliyaya səfir göndəriləcək. Bu barədə “CBS Sports”un müxbiri Cennifer Yakobs sosial media səhifəsində məlumat verib.
2023-cü ilin iyun ayına olan məlumata görə, Fertittanın sərvəti 8,4 milyard dollar təşkil edir. O, “Forbes”in siyahısında 260-cı yerdədir.
Tilmanın sahibi olduğu “Hyuston Rokets” komandası 16 qələbə və 8 məğlubiyyətlə Qərb Konfransında üçüncü yerdədir.