Komandaların 2025 Formula 1 mövsümü üçün Beynəlxalq Avtomobil Federasiyasına (FIA) ödəməli olduğu məbləğlər açıqlanıb.
2025-ci ildə bütün 10 komanda üçün baza haqqı 680 203 dollar təşkil edəcək. Çempion olan “Maklaren” hər xal üçün 8161 dollar ödəyəcək. Qalan 9 komanda isə hər xala görə 6799 dollar ödəniş edəcək.
Bu o deməkdir ki, “Maklaren”in gələn mövsüm üçün üzvlük haqqı 6,115,429 dollar olacaq. Bu da “Ferrari”dən təxminən 1 milyon dollar çoxdur. “Red Bull”a gəlincə, onların giriş haqqı 7,445,817-dan 4,684,814 dollara enib. Onu da əlavə edək ki, Avstriya komandasının alacağı mükafat da azalaraq 122 milyon dollara düşüb.
2025-ci il üçün komandaların üzvlük haqları belədir:
Maklaren – 6 115 429 dollar
Ferrari – 5 113 151 dollar
Red Bull – 4 684 814 dollar
Mersedes – 3 862 135 dollar
Aston Martin – 1 319 309 dollar
Alpin – 1 122 138 dollar
Haas – 1 074 545 dollar
RB – 992 957 dollar
Vilyams – 795 786 dollar
Kik-Zauber – 707 399 dollar