Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin ailəsini şantaj etməkdə təqsirləndirilən üç nəfərdən ikisi təqsirini boynuna alıb. Bu barədə “Frans Presse” xəbər verir.

Xatırladaq ki, Yılmaz T. və onun oğlu Daniel Şumaxer ailəsindən Mixail haqqında xəstəxana sənədləri, foto və videolar da daxil olmaqla 1500-dən çox faylın olduğu iki USB disk müqabilində 15 milyon avro tələb etmişdilər. Onlar pilotun səhhəti ilə bağlı məlumatları internetdə yerləşdirməklə hədələyirdilər.

Digər təqsirləndirilən şəxs, əvvəllər Şumaxer ailəsinin mühafizə xidmətində çalışmış Markus F. də bir neçə gün sonra məhkəmə qarşısına çıxarılacaq.

Shares: