“Liverpul” “Barselona”nın satmaq istədiyi Frenki de Yonqa müştəri düşüb. İngiltərə klubu yanvarda, ən geci yayda Niderland millisinn üzvünü transfer etmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəç həmyerlisi Rayan Qravenberxi əvəz etməlidir. Sözügedən 22 yaşlı oyunçunu “Real” və “Mançester Yunayted” transfer etməyə çalışır. Rayanın satışından 50-60 milyon avro qazanmağı planlaşdıran mersisaydlılar, təcrübəli de Yonqun onun yoxluğunu unutduracağını düşünür.

Hətta Qravenberx getməsə də belə “Liverpul” orta sahəni gücləndirmək niyyətindədir. Frenkinin transferi ona görə kifayət qədər real görünür.

Shares: