Zədəli müdafiəçilərinin çox olması üzündən ciddi problem yaşayan “Real” müxtəlif variantları nəzərdən keçirir. Madridlilərin arxa xəttin mərkəzinə cəlb etmək istədiy futbolçulardan biri də Lisandro Martinesdir.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorimin də güvənmədiyi argentinalı İspaniyaya köçməkdə maraqlıdır. Amma “Kral klubu”nu çəkindirən Lisandronun da tez-tez zədələnməsidir.
26 yaşlı oyunçu 2022-ci iln yayında “Ayaks”ı “Mançester Yunayted”ə dəyişib. O zaman ingilislər transfer üçün 57 milyon avro ödəmişdi. 2,5 illik müqaviləs qalan müdafiəçi üçün mankunianlar 50 milyon avro tələb edir.