“Forbes” nəşri ən yüksək maaş alan Formula 1 sürücülərinin siyahısını təqdim edib. Siyahıya dördqat dünya çempionu və “Red Bull” pilotu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 75 milyon dollardır.

“Forbes”in siyahısında pilotların yerləri belədir:

1. Maks Ferstappen (Red Bull) – 75 milyon dollar (60 maaş + 15 bonus).

2. Lyuis Həmilton (Mercedes) – 57 milyon dollar (55+2).

3. Lando Norris (McLaren) – 35 milyon dollar (12+23).

4. Fernando Alonso (Aston Martin) – 27,5 milyon dollar (24+3,5).

5. Şarl Lekler (Ferrari) – 27 milyon dollar (15+12).

6. Corc Rassel (Mercedes) – 23 milyon dollar (15+8).

7. Oskar Piastri (McLaren) – 22 milyon dollar (5+17).

8. Serxio Peres (Red Bull) – 19,5 milyon dollar (12+7,5).

9. Karlos Sayns (Ferrari) – 19 milyon dollar (10+9).

10. Pyer Qasli (Alpin) – 12 milyon dollar (10+2).

Shares: