Son zamanlar Avropada parlamağa başlayan yeniyetmə futbolçuların siyahısında biri də var. Efe Korkut hazırda bir sıra klubun diqqət mərkəzindədir. 2006-cı ildə anadan olan futbolçu yarımmüdafiədə çıxış edir.

Efe Türkiyə millisinin keçmiş futbolçusu Tayfun Korkutun oğludur. Xatırladaq ki, Tayfun vaxtilə Avropada “Real Sosyedad” və “Espanyol” komandalarında çıxış edib. San-Sebastyan şəhərində anadan olan Efenin basklar ölkəsi ilə də bağlılığı var.

Hazırda o, “Ştutqart”ın gənclər komandasının üzvüdür. Lakin Bilbao “Atletik”i futbolçunu israrla heyətinə qatmağı düşünür.

Shares: