“Qarabağ”ın futbolçusu Marko Veşoviç İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunun oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında sabah qələbə qazanmaq istədiklərini bildirib:
“Sabah bizi çətin rəqibə qarşı ağır qarşılaşma gözləyir. Bu matça yaxşı hazırlaşdığımızı düşünürəm. Qələbəyə çox ehtiyacımız var. Ümid edirəm ki, sabahkı görüşdə istədiyimiz nəticəni əldə edə biləcəyik. Bakıya qələbə ilə qayıdıb, sevincimizi azarkeşlərimizlə bölüşmək istəyirik”.
“Elfsborq” – “Qarabağ” oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.