Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, 2024-cü ilin son oyun günündə 9 matç baş tutub.

9 görüşün 7-də uduzan qonaqlar yalnız 1 oyunda qələbə qazanıblar. Bir matç heç-heçə başa çatıb. Günün mərkəzi qarşılaşmasında “Barselona” Dortmunddan 3 xalla qayıdıb. Heç də yaxşı durumda olmayan “Yuventus”la “Mançester Siti”nin duelində isə Turin klubu üstün olub.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur

11 dekabr

“Atletiko” (Madrid, İspaniya) – “Slovan” (Slovakiya) 3:1
Qollar: X.Alvares, 16. Qrizmann, 42; 57 – Ştreleş, 51-pen.

“Lill” (Fransa) – “Şturm Qras” (Avstriya) 3:2
Qollar: Sahraui, 37. Bakker, 45+2. Haraldsson, 81 – Kiteişvili, 45+4. Byeret, 47.

“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) 2:3
Qollar: Girassi, 60-pen; 78 – Rafinya, 53. F.Torres, 75; 85.

“Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) 2:0
Qollar: Vlahoviç, 53. Makkenni, 75.

“Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya) 0:0

“Arsenal” (İngiltərə) – “Monako” (Fransa) 3:0
Qollar: Saka, 34; 78. Haverts, 88.

“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 2:1
Qollar: Leao, 42. Abraham, 87.

“Feyenoord” (Niderland) – “Sparta” (Praqa, Çexiya) 4:2
Qollar: Trauner, 8. Payşamo, 10. H.Mussa, 30. S.Ximenes, 63 – Rahmani, 43. Belen, 79-öz qapısına.

“Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 5:1
Qollar: Stiller, 25. Millo, 53. Fuhrix, 61. Vaqnoman, 66. Keytel, 75 – Lakomi, 6.

Shares: