Milli Basketbol Assosiasiyasının keçmiş oyunçusu, hazırda Litvanın “Jalgiris” klubunda çıxış edən hücumameyilli müdafiəçi Lonni Voker Avroliqanın səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.
“Burada hamı ağılla oynayır, heç kim səhv hərəkət etmir. Bu, əsl basketboldur. Kimsə başqasının yerinə bütün işləri tək görmür”, – deyə “Eurohoops” portalına müsahibəsində Voker qeyd edib.
Lonni Voker “San Antonio Spurs” tərəfindən 2018-ci ilin draftında 18-ci seçilib. Voker 2023-2024-cü il mövsümünü “Bruklin Nets”də keçirib. Mövsüm ərzində onun orta göstəriciləri 58 oyunda 9,7 xal, 2,2 ribaund və 1,3 məhsuldar ötürmə təşkil edib. Yay fasiləsi zamanı o, “Boston Seltiks” ilə müqavilə imzalasa da, mövsümöncəsi oyunlardan sonra sərbəst buraxılıb və Avropaya gəlib.