İspaniyanın “Atletiko” klubu 74 ildən sonra qol seriyasını təkrarlayıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Komanda buna evdə Slovakiyanın “Slovan” kollektivini məğlub etdikləri (3:1) Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun matçında nail olub. Madrid təmsilçisi bütün yarışlar daxil olmaqla son beş qarşılaşmada üç və daha çox qol vurub.
Komanda 1950-ci ildə, Helenio Herreranın baş məşqçisi olduğu dönəmdə bunu bacarmışdı.