“Böyük dəbilqə” seriyalı turnirlərin 24 qat çempionu, serb tennisçi Novak Cokoviç 2025-ci il fevralın 17-dən 22-dək Dohada keçiriləcək ATP-500 turnirində çıxış edəcək.
Cokoviç 2019-cu ildən bəri bu turnirdə yarışmayıb. O, iki dəfə Qətərin paytaxtında keçirilən turnirin qalibi olub (2016, 2017). Ondan başqa Yannik Sinner də turnirdə iştirakını təsdiqləyib.
Xatırladaq ki, bu il “Qatar Exon Mobile Open” turniri ATP-250 kateqoriyası üzrə keçirilib.