“McLaren”in üzvü Lando Norris başa çatan mövsümün ən yaxşı pilotu seçilib. Səsvermə Formula 1 yarışlarının rəsm saytında ekspertlər tərəfindən aparılıb. Britaniyalı pilot “Red Bull” komandasının sürücüsü Maks Ferstappeni cəmi 0,1 xal qabaqlayıb.
Səsvermə aşağıdakı kimi aparılıb: hər həftənin sonunda beş ekspert bütün pilotlara 10 ballıq şkala üzrə qiymət verib. Yekun nəticə həmin balların orta göstəricisi hesab edilib.
F1-in rəsmi saytında ekspertlərin səsverməsinin nəticələrinə əsasən 2024-cü il mövsümündə Formula 1 sürücülərinin reytinqi:
1. Lando Norris (McLaren) – 8,2;
2. Maks Ferstappen (Red Bull) – 8,1;
3. Şarl Lekler (Ferrari) – 7,8;
4. Oskar Piastri (McLaren) – 7,6;
4. Karlos Sayns (Ferrari) – 7,6;
6. Corc Rassel (Mercedes) – 7,5;
7. Niko Hülkenberq (Haas) – 7,1;
8. Lyuis Həmilton (Mercedes) – 7,0;
8. Pyer Qasli (Alpin) – 7,0;
10. Yuki Tsunoda (“RB”) – 6,7.