Peşəkar Tennis Assosiasiyası 2025-ci ildə “Challengers” turnirləri üçün ümumi mükafat fondunun 28,5 milyon dollara qədər artacağını açıqlayıb. 2024-cü il mövsümü ilə fərq 6,2 milyon dollardır. Üç illik dövr ərzində artım 135,5% təşkil edir.
“ATP-nin davamlı tərəqqisi üçün yeni oyunçuların yolunun qurulması və idmanımızın gələcəyi üçün bu, çox vacibdir. 2022-ci ildən başlayaraq biz “Challengers” yarışlarında əhəmiyyətli islahatlara sərmayə qoyduq. Nəticələr göz qabağındadır: rekord pul mükafatı, illik artım və ən əsası, reytinqin ilk 250 sırasında daha çox maddi təzminat alan oyunçuların sayının artması”, – deyə ATP-nin rəhbəri Andrea Qaudenzi deyib.