AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 16-cı turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

Futbolinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat cərimələnib.

“Sabah”la matçda azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” 500 manat cəriməyə məruz qalıb. “Qarabağ” fanatları eyni zamanda pirotexniki vasitədən istifadə ediblər və bu, ağdamlıları daha 1500 manat ziyana salıb.

“Kəpəz” – “Zirə” qarşılaşmasından əvvəlki iclasda təhlükəsizlik nümayəndəsi iştirak etmədiyindən, Meydan sahibləri 800 manat xərcə düşüb.

“Neftçi” ilə oyunda 4 sarı vərəqəyə görə “Sumqayıt” 700 manat cərimələnib. “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “kimyaçılar” 500 manat cərimə ilə üzləşiblər.

Shares: