Uğursuz mövsüm keçirən “Roma” heyətini ciddi şəkildə yeniləyəcək. Baş məşqçi Klaudio Ranyeri qışda bir neçə transfer tələb edib.

Futbolinfo.az xəbər verir ki, İtaliya təmsilçisində əsas yeniliklər yayda olacaq. Paytaxt klubuna mövsümün sonunadək yardım etmək üçün qayıdan Ranyeri də yayda yola salınacaq. “Canavarlar” yeni mövsümə tam fərqli başlamaq niyyətindədir.

Hazırda heyətdə olan futbolçuların çoxu yola salınacaq. Lorentso Pelleqrini yeni klub axtarışına başlayıb, Paulo Dibala və Stefan Əl-Şaravi də getmək qərarı verib. Digər futbolçuların bir çoxunu isə rəhbərlik istəmir.

Bundan sonra “Roma” gənclərin ağırlıq təşkil etdiyi yeni heyət quracaq. Artıq hədəflərdən biri bəllidir. Paytaxt təmsilçisi Argentna “Rasinq”indən Marko di Çezareni hədəfə alıb. Klubu 22 yaşlı müdafiəçini 6 milyon avroya satmağa hazırdır.

Shares: