Hindistanlı qrossmeyster Qukeş Dommaraju tarixdə şahmat üzrə ən gənc dünya çempionu olub. O, şahmat tacı uğrunda görüşdə çinli Dinq Lireni 7,5:6,5 hesabı ilə məğlub edərək 18 yaşında titulu qazanıb.

Dommaraju 1985-ci ildə 22 yaşında titul qazanan 13-cü dünya çempionu Harri Kasparovun rekordunu yeniləyib. O, 18-ci dünya çempionudur.

Qeyd edək ki, matçın son partiyası bu gün baş tutub. Hindistanlı qrossmeyster qara fiqurlarla oyunda 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra tarixdə şahmat üzrə dünya çempionu olan ikinci hindistanlıdır.

Shares: