“Hakimin oyunu birtərəfli və qərəzli idarə etməsi məni məyus etdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov deyib.
AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan mütəxəssis hakimin rəqibin qırmızı vərəqəlik epizodlarını görməzdən gəldiyini bildirib: “Rəqibin qırmızı vərəqəlik epizodlarını görməzdən gəldi, göz qabağında olan iki penalti epizodunu isə nəzərə almadı. Bu haqsızlıq məni emosional vəziyyətə gətirdi və nəticədə 5 oyunluq cəza aldım”.
Qeyd edək ki, Sadiqov “Sabah”la qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir edib, qırmızı vərəqə alıb. İntizam Komitəsi isə çalışdırıcıya 5 oyunluq cəza kəsib.
GÜNAY SÜLEYMANOVA