“Qarabağ”ın indiki heyəti “Elfsborq”la mübarizə aparıb xal qazana biləcək səviyyədədir. Bu, yalnız fərdi keyfiyyətlərə əsaslanaraq nəticə əldə etməyin çətin olduğu bir qarşılaşmadır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadiqov deyib.
Sabiq yarımmüdafiəçi komanda şəklində mübarizə aparmağın vacib olduğunu bildirib: “Komanda şəklində yaxşı mübarizə aparmaq vacibdir və heyətdəki hər bir futbolçu buna qadirdir. Doğrudur, bizim dövrümüzdəki “Qarabağ”la indiki komanda arasında xeyli fərq var. Futbol ildən-ilə inkişaf edir və bizdən əvvəlki nəsil futbolçuların oynadığı oyun da fərqli idi. İndiki legionerlər daha güclü və keyfiyyətlidir. Komandada fərdi ustalıqları ilə oyunun taleyini dəyişə biləcək futbolçular var. Hazırkı vəziyyətləri də yaxşıdır, ruhdan düşmək üçün heç bir səbəb yoxdur. Qurban Qurbanov kimi bir baş məşqçiləri var ki, o, komandaya hər zaman yüksək motivasiya verməyi bacarır və uğur üçün əlindən gələni edir. Komandanın istənilən oyuna tam köklənməsini təmin edir”.
GÜNAY SÜLEYMANOVA