Almaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Camal Musiala 2024-cü il üçün yığmanın ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az Almaniya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, azarkeşlərin səsverməsinə əsasən “ən yaxşı” adına layiq görülüb.

Tərəfdarlardan 56 faiz səs toplayan “Bayern”in 21 yaşlı üzvü Florian Virts və Kay Havertsi qabaqlayıb.

Musiala ölkəsində keçirilən Avropa çempionatında meydana çıxdığı 5 matçda 3 qol vurub.

Shares: