“Elfsborq”un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasında dünən “Qarabağ”a qalib gəldikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, yeganə qolla qalib gəldikləri matçla bağlı bunları deyib: “Komandamla fəxr edirəm. Çox çətin oyun keçdi. Meydan sürüşkən olduğundan ilk hissədə çoxlu texniki səhvlərə yol verdik. Yeni il öncəsi hər kəs üçün gözəl qələbə oldu. Qələbə qazanmasaydıq, şanslarımız xeyli azalacaqdı. Bu, məni çox qürurlandırır. Böyük komandalara qarşı yaxşı səviyyədə oynaya bilirik”.

Shares: