Belçika yığmasında baş məşqçi dəyişikliyi gözlənilir. Yerli federasiya Domeniko Tedeskonun işindən narazıdır.

Futbolinfo.az xəbər verir ki, Kral Futbol İttifaqı komandanın güclü heyətinə rəğmən, istənlən qədər uğurlu olmadığını düşünür. Üstəlik, ulduz oyunçularla yola gedə bilməməsi üzündən 2026-cı ilin yayında müqaviləsi bitəcək italiyalının vaxtından əvvəl göndərilməsi mümkündür. 2023-cü lin fevralından bu postu tutan 39 yaşlı mütəxəssis erkən qovulacağı halda, 1,4 milyon avro təzminat alacaq.

Tedeskonu əvəzləyəcək məşqçi də bəllidir. “Genk”, “Brügge”, “Əl Şabab” klublarının baş məşqçisi olan, bir neçə dəfə “Standard”da müxtəlif postları tutan Mişel Prüdom yığmaya gələcək. Lyej klubundan 2020-ci ildə ayrılan 65 yaşlı mütəxəssis o vaxtdan işsizdir. Millinin əfsanəvi qapıçılarından olan Prüdom bir neçə dəfə bu posta iddialı olduğunu bildirib.

Shares: