Basketbol üzrə Avroliqada 15-ci tura start verilib. İlk gündə 5 oyun baş tutub.
İstanbulda “Fənərbaxça” böyük hesabla (69:99) məğlub olub. Son vaxtlar formasını bərpa edən “Monako” klubu qələbə seriyasını davam etdirib.
Ən gərgin oyunlardan biri Berlində olub. “Partizan” “Alba”nı məğlub etməklə (91:90) turnir cədvəlində irəliləyib.
Daha bir səfər qələbəsi Madriddə gerçəkləşib. “Real” bu dəfə “Jalgiris”ə məğlub olub – 83:92. Baş məşqçi dəyişikliyindən sonra “Virtus” İspaniyada “Baskoniya”ya 82:81 hesabı ilə qalib gəlib. Münhendə isə “Bayern” “Makkabi”ni məğlubiyyətə uğradıb – 98:93.