“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi, dünyanın üçüncü raketkası, ispan tennisçi Karlos Alkaras 2025-ci il aprelin 12-dən 20-dək Barselonada keçiriləcək ATP-500 turnirində iştirakını təsdiqləyib. Bu barədə yarışın mətbuat xidməti sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.

Alkaras iki dəfə – 2022 və 2023-cü illərdə Barselona turnirinin qalibi olub. Bu mövsüm o, yarışda zədə səbəbilə iştirak edə bilməyib.

Turnirin son çempionu norveçli tennisçi Kasper Ruuddur. 2024-cü ilin finalında o, yunanıstanlı Stefanos Tsitsipasa 7:5, 6:3 hesabı ilə qalib gəlib.

Shares: