Azərbaycan Basketbol Liqasının 6-cı turunda bu gün daha bir oyun keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, günün yeganə matçında “Abşeron” NTD ilə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.
“Abşeron” A qrupunda 7 xalla 4-cü, NTD 6 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda “Naxçıvan” “Neftçi”ni (83:72), “Sabah” “Sərhədçi”ni (67:64), “Ordu” “Sumqayıt”ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.