Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva 1-ci, Kristina Pravdina 2-ci kateqoriyaya layiq görülüblər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.