Florentino Peres klubun tibbi personalından narazıdır. “Real”ın prezidenti futbolçuların tez-tez və uzun müddətə zədələnməsinin səbəblərini araşdırmağı tələb edir.
Futbolinfo.az xəbər verir ki, son iki mövsümdə madridlilər zədəlilərin bolluğundan əziyyət çəkir. İş o yerə çatıb ki, komandanın müdafiə xətti bircə matçda belə tam heyətlə oynamayıb. Belədə diqqətlər klubun baş həkimi Antonio Pintusa yönəlib. Əsasən də fizioterapevt heyəti heyəti günahlandırılır.
Maraqlıdır ki, tibb heyəti səbəb göstərərkən baş məşqçi Karlo Ançelottini də hədəfə gətirib. Baş məşqçinin zədədən qayıdan oyunçuları çox yüklədiyi, matçlara yetişməsi üçün riskə getdiyi vurğulanır.