Misli Premyer Liqasının əksər iştirakçıları qış fasiləsini vətəndə keçirəcək. Hər qış ölkə xaricinə yollanan klublarımız bu dəfə ölkədə qalmağı üstün tutub.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” də Bakıda qalmağı seçən klublardandır. Dekabrın 21-də son matçını keçirəcək paytaxt klubu 3-cü dövrəyə yanvarın 17-də start verəcək. Komanda üzvlərinin bir müddət istirahət edəcəyini nəzərə alsaq, hazırlaşmaq üçün az zaman qalır. Təxminən 2-3 həftəlik dönəm üçün isə xaricə getməmək qərara alınıb.
Klubların əksəriyyəti ölkədə qalacağından sınaq matçları ilə bağlı da problem olmamalıdır.