“Neftçi” faydasız legionerləri yola salmağa davam edir. Bakılılar qış fasiləsi başlayan kimi Mark Tamaşla da vidalaşacaq.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı müdafiəçi müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına razılıq verib. 2023-cü ilin yayında transfer edilən macar futbolçu özünə yeni iş yeri axtarmalı olacaq.

Tamaşın müqaviləsi mövsümün sonunda başa çatacaqdı. Klub rəhbərliyi onu Misli Premyer Liqası yarılanan kimi getməyə razı salmağı bacarıb.

Xatırladaq ki, az öncə Andre Şinyaşiki də qarşılıqlı razılıq əsasında müqaviləni pozmuşdu.

Shares: