Azərbaycan Basketbol Liqasının 6-cı turunda daha bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, A qrupunda qərarlaşan “Abşeron” NTD ilə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb – 89:75.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Abşeron” üçüncü pilləyə yüksəlib. NTD 7 xalla 5-ci sıradadır.

Qeyd edək ki, əvvəlki qarşılaşmalarda “Naxçıvan” “Neftçi”ni (83:72), “Sabah” “Sərhədçi”ni (67:64), “Ordu” “Sumqayıt”ı (115:81) məğlub edib. 6-cı tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.

Shares: