Bu axşam Ruandanın paytaxtı Kiqalidə FİA-nın himayəsi altında keçirilən yarış seriyasının qaliblərinın mükafatlandırılacağı Qala tədbir keçiriləcək. Mərasimdən əvvəl bu Afrika ölkəsinin prezidenti, 2000-ci ildən hakimiyyətdə olan və son seçkilərdə 99% səs toplayan Pol Kaqame Formula 1 mərhələsinə ev sahibliyi etmək üçün rəsmi ərizə təqdim etdiyini açıqlayıb.

“Ruandanın yarışları Afrikaya qaytarmaq və Formula 1 Qran Prisinə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini rəsmi olaraq elan etməkdən məmnunam. Danışıqlardakı irəliləyiş üçün Stefano Domenikaliyə və bütün Formula 1 komandasına “çox sağ ol” deyirəm.

Sizi əmin edirəm ki, biz bu fürsətə böyük məsuliyyətlə yanaşırıq” , – deyə Kaqame bildirib.

Tərəflər razılaşarsa, yarış Kiqali ətrafında Buqesera hava limanının yaxınlığında salınması planlaşdırılan yeni trasda baş tutacaq. Trassın dizayneri keçmiş Formula 1 sürücüsü və GPDA-nın sədri Aleks Vurzun şirkətidir.

Shares: