Avroliqanın 15-ci turuna 4 oyunla yekun vurulub. Bütün görüşlərin nəticələrini gözlənilməz saymaq olar.
Son çempion “Panatinaikos” İstanbulda darmadağın olub. Ergin Ataman keçmiş komandası “Anadolu Efes” qarşısında aciz qalıb – 69:99.
Keçən il “Dördlər finalı”nda iştirak edən digər yunan komandası “Olimpiakos” isə Belqradda “Srvena Zvezda”ya 73:87 hesabı ilə məğlub olub.
“Barselona” son turlarda yaxşı forma yığan “Olimpiya Milano”ya məğlub olubsa (81:94), çempionatın lideri olan “Paris”in qələbə seriyası bitib. Fransa paytaxtının təmsilçisi derbidə ASVEL-ə məğlub olub – 93:98.
Məğlubiyyətə baxmayaraq, “Paris” liderliyini davam etdirir. Onların aktivində 11 qələbə var. “Monako”, “Fənərbaxça” və “Bayern” hərəyə 10 qələbə qazanıb.